Türkiyəli cərrahların icra etdikləri ürək əməliyyatlarını xarici həkimlər də canlı izləyiblər
18.09.2023 15:02

Ürək-damar cərrahiyyəsi mütəxəssisi, prof. Serkan Durdunun rəhbərlik etdiyi qrup tərəfindən dünyada nadir hallarda icra edilən qapalı üsulla canlı olaraq 3 ayrı xəstə üzərində ürək əməliyyatı aparılıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, əməliyyatları izləyən həkimlər canlı yayımda suallar verərək əməliyyat texnikası haqqında məlumat alıblar.

 

Prof. S.Durdu yeni texnologiya ilə ürək sağlamlığının qorunması sahəsində mühüm addımların atıldığını bildirib. O, müalicədəki inqilabi yeniliklərin xəstələrin rahatlığını artırdığını açıqlayıb.

 

S.Durdu kiçik bir kəsiklə qapalı üsulla həyata keçirilən "mini invaziv" adlı texnikanın dünyada bir neçə mərkəzdə tətbiq edildiyini diqqətə çatdırıb.

 

Türk cərrahların bu sahədə uğurlu fəaliyyətləri ilə dünyaya nümunə olduqlarını vurğulayan Durdu, canlı olaraq həyata keçirilən ürək əməliyyatları ilə ölkə daxilində və xaricdə ürək-damar cərrahlarına təlim keçdiklərini bildirib: "Təlimə Almaniya, İngiltərə, İraq, İran, Belçika ilə yanaşı, Qırğızıstan və Özbəkistandan da cərrahlar qatılıblar. 200 cərrahdan 25-i xarici, 175-i yerli həkim idi". 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır