Elmi konfrans: "Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri”
17.09.2023 10:29

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Bayer” şirkətinin birgə təşkilatçılığı ilə “Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda elmi konfrans və ustad dərsləri (Master klass) keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev müxtəlif patologiyalarda dinamik kontrast MRT müayinəsinə həsr olunmuş konfransın və ustad dərslərin əhəmiyyətini qeyd edib.

 

O, MRT-nin hazırda rutin bir müayinə metoduna çevrildiyini qeyd edərək, hazırda artıq ölkəmizin bütün tibb müəssisələrində, eləcə də Mərkəzi Gömrük Hospitalında müasir standartlara cavab verən 2 MRT aparatının olduğunu, hətta icbari tibbi sığorta ilə pasiyentləri pulsuz müayinə etməyin mümkünlüyündən danışıb.

 

İsmayıl Əfəndiyev konfransa bir çox dövlət və özəl tibb müəssisələrinin nümayəndələrinin də qatıldığını qeyd edib, iştirakçıları bu tədbirdən faydalanmağa, ustad dərslərdən praktik vərdişlər əldə etməyə çağıraraq, bu tədbirin onların gələcək fəaliyyətlərinə təsirini, paylaşılan bu nailiyyətlərin tətbiqinə imkan verəcəyini vurğulayıb.

 

Konfransın rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov və Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri Yunus Əfəndiyev də çıxış edərək mövzu ilə əlaqəli fikirlərini bölüşüblər.

 

T.e.d. Rəşad Mahmudov davamlı tibbi təhsilə fayda verə biləcək bu cür tədbirlərin mütəmadi keçirilməsinin ənənə halını almasını müsbət qiymətləndirib. Qeyd edib ki, əvvəllər tibbdə geniş istifadə olunmayan ürək patologiyalarında kardiak MRT-nin rolu dünyada inanılmaz bir şəkildə artmışdır. Bu gün tək ürək patologiyalarında deyil, onkoloji xəstəliklərdə, süd vəzi xərçəngində, beyin və s. patologiyalarında da MRT-nin imkanları və üstünlükləri danılmazdır.

 

Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri Yunus Əfəndiyev bu qurumun fəaliyyətindən danışaraq, bildirib ki, Azərbaycan Radioloqlar Cəmiyyəti 2015-ci ildə yaranıb və 2019-cu ildə faktiki olaraq dövlət qeydiyyatına alınıb. Onun sözlərinə görə, əgər 2000-ci ildə Azərbaycanda KT və MRT avadanlıqlarının sayı çox az idisə, ötən ildən respublikada 200 KT cihazı və 100-ə qədər MRT cihazları mövcuddur. Bununla əlaqədar olaraq, yüksəkixtisaslı, peşəkar radioloqların da sayı artmaqdadır. Cəmiyyət ötən ildən etibarən səyyar sessiyalar keçirir, artıq Qusarda, Naxçıvanda, Gəncədə, Salyanda radioloqlar üçün bu cür səyyar sessiyalar təşkil olunmuşdur.

 

Y.Əfəndiyev konfrans iştirakçılarını, radioloqları Cəmiyyətlə əməkdaşlığa dəvət edib.

 

Tədbirdə yüksəkixtisaslı mütəxəssislər tərəfindən süd vəzi və prostat xərçəngi, qaraciyər patologiyaları, beyin törəmələri və sellar patologiyalarda MRT müayinələrinin diaqnostik əhəmiyyətinə dair təqdimatlar edilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

 

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “Kardiak MRT nələr vəd edir?”, Milli Okologiya Mərkəzinin Radiologiya şöbəsinin rəisi Anar Kazımov “Süd vəzi xərçənginin diaqnostikası və proqnozunda MRT müayinəsinin rolu” mövzuunda, Baku Medical Plazanın radioloqu Ruslan Əsədov “Qaraciyər patologiyalarında dinamik kontrastlı MRT müayinəsinin xüsusiyyətləri”, Baku Medical Plazanın radioloqu Pərviz Kuliyev “Sellar patoliyalarında dinamik kontraslı MRT müayinəsinin əhəmiyyəti”, Liv Hospitalın radioloqu Pərviz Səmədov “Prostat xərçəngi diaqnostikasında MR müayinəsinin xüsusiyyətləri, radioloq Pərvanə Əsgərova “Beyin törəmələrinin diaqnostikası və müalicədən sonrakı radiolojı təqibi” mövzularında çıxış ediblər.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “Beyin perfuziya, traktoqrafiya və spektoskopiya müayinələri” mövzusunda ustad dərsi keçib.

 

Hər kəs üçün əlçatanlığı təmin etmək məqsədilə konfrans hibrid formatda keçirilib. 100-ə yaxın iştirakçının əyani, 300-ə yaxın iştirakçının distant iştirak etdiyi tədbir zamanı “Beyin perfuziya, traktoqrafiya və spektroskopiya müayinələri” barədə ustad dərslər təşkil edilib.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilmiş konfrans Mərkəzi Gömrük Hospitalının rəsmi feysbuk səhifəsindən də canlı yayımlanıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində