Xaçmazda körpünün uçması nəticəsində xəsarət alan şəxs xəstəxanada ziyarət olunub
17.09.2023 09:36

Xaçmaz rayonunda 3 aşırımlı avtomobil körpünün uçması nəticəsində çökəyə düşən VAZ-2106 markalı minik avtomobildə olan 3 nəfər Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Əlisafa Abas oğlu Heybətov, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Efsun Əsgər oğlu Qarayev və Xaçmaz rayon sakini, 1999-cu il təvəllüdlü Elvin Tofiq oğlu Səfərəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

İlkin tibbi yardımdan sonra yaralılardan Əfsun Qarayev öz istəyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına təxliyyə olunub. Xəsarətləri nisbətən yüngül olan Elvin Səfərəliyevə isə ambulator müalicə təyin olunub və evə buraxılıb.

 

Digər yaralı Əlisafa Heybətovun müayinə və müalicəsi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

 

Bu barədə Aztibb.az-a Rayon Xəstəxanasından məlumat verilib.

 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov xəstəxanada müalicə alan Əlisafa Heydəbotovu ziyarət edib, səhhəti ilə maraqlanıblar. Əlisafa Heybətova şəfalarını diləyiblər.

 

Həkimlər xəsarət alan rayon sakininin həyatı təhlükəsi olmadığını bildiriblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır