Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə uğurla əməliyyat olunub
16.09.2023 13:04

Körpə olduqca ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinə çatdırılıb. Ətraflı müayinə zamanı körpəyə nekrotik qastrit, mədənin çoxsaylı perforasiyaları, yayılmış peritonit diaqnozları qoyulub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, jəkim-reanimatoloq Gülnarə Quliyeva tərəfindən aparılan əməliyyatönü hazırlıqdan sonra körpə əməliyyata alınıb. Həkim-cərrah Umud Musayev tərəfindən uşaq cərrahı Sona Cəbiyevanın assisentliyi ilə körpəyə laparotomiya, qastrorafiya əməliyyatı icra olunub.

 

Reanimatoloqların səyi, tibb bacılarının körpəyə qulluğu sayəsində onun vəziyyəti yaxşılaşıb və evə yazılıb.

 

Körpənin valideynləri Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə, müalicə həkimi reanimatoloq Gülnarə Quliyevaya, uşaq cərrahları Umud Musayevə, Sona Cəbiyevaya, anestezioloq Afaq Salmanova təşəkkür ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib