Alzheimer xəstələrində beyin hüceyrələrinin niyə öldüyü aşkar edilib
16.09.2023 12:55

İngiltərə və Belçika alimlərinin apardığı yeni araşdırma, Alzheimer xəstələrinin beyin hüceyrələrinin ölüm səbəblərinə aydınlıq gətirib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, İngiltərə və Belçika alimlərinin apardığı yeni araşdırma, Alzheimer xəstələrinin beyin hüceyrələrinin ölüm səbəblərinə aydınlıq gətirib.

 

Yaddaş itkisi kimi Alzheimer xəstəliyinin əsas əlamətləri neyron adlanan sinir hüceyrələrinin itirilməsi nəticəsində yaranır.

 

Alimlərin fikrincə, Alzheimer xəstələrinin beyinlərindəki neyronlar arasında anormal miqdarda amiloid lövhələri və tau dolaşıqları əmələ gəlir. Bu, beyin ödeminə səbəb olur. Ödem neyronlardakı kimyəvi tarazlığı pozur.

 

Lövhələrin və dolaşıqların meydana gəlməsi ilə beyin hüceyrələri MEG3 adlı xüsusi bir molekul istehsal edir. MEG3 molekulu nekroptozu, yəni hüceyrə intiharını tətiklədiyi üçün bu prosesdə əsas rol oynayır.

 

Tədqiqatçılar müəyyən ediblər ki, MEG3 sıxışdırıldıqda və ya onun siqnalları bloklandıqda hüceyrələrin intiharı dayandırılır.

 

Böyük Britaniya Demans Araşdırma İnstitutunun professoru bunu çox vacib kəşf hesab edib: "İlk dəfə olaraq, neyronların Alzheimer xəstəliyi səbəbiylə necə və niyə öldüyünə dair bir ipucu əldə etdik. Son 30-40 ildə bu mövzuda çoxlu fərziyyələr var idi, lakin heç kim bunun necə olduğunu dəqiq deyə bilməyib. Bu, xüsusi intihar yolunun problem olduğuna dair güclü sübutlar təqdim edir."

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır