Mitral klip əməliyyatının ölkəmizdə tətbiqinə dair müzakirələr aparılıb
15.09.2023 12:29

15 sentyabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin “Abbott” şirkəti ilə imzaladığı memorandum çərçivəsində növbəti görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Bildirilib ki, görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu, Tibbi Xidmət İdarəsinin PR üzrə mütəxəssis Dilarə Zamanova və “Abbott” şirkətinin Rusiya və MDB üzrə Ürək Cərrahiyyəsi şöbəsinin müdiri Aleksey Potebnya, Müstəqil Dövlətlər Birliyi üzrə nümayəndə Baqdad Nuşanbekkızı iştirak ediblər.

 

Görüşdə imzalanmış memorandum cərçivəsində əməkdaşlığın növbəti addımları istiqamətində TAVİ prosedurlarının Azərbaycanda inkişafı, mitral klip əməliyyatının ölkəmizdə tətbiq olunmasının perspektivləri, ürək-damar cərrahiyyəsi sahəsində metodik vəsaitlərin və protokolların hazırlanması və praktikada tətbiqi, o cümlədən  Mərkəzi Gömrük  Hospitalının Avropanın qabaqcıl tibb müəssislərində təcrübə proqramlarında iştirakı məsələləri və hər iki tərəfin marağında olan digər məsələlər müzakirə olunub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub