“İnsanın genetik identifikasiyası və pasportlaşdırılması” mövzusunda təcrübə-təlim kursu keçirilib
16.09.2023 09:11

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) “İnsanın genetik identifikasiyası və pasportlaşdırılması” mövzusunda təcrübə-təlim kursu keçirilib.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, təcrübə-təlim kursu Azərbaycan Elm və İnnovasiya Könüllüləri təşkilatı tərəfindən təşkil edilib. Təlim kursunda Bakı Dövlət Universitetinin və Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak ediblər.

 

Tələbələrə “Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri” və “Populyasiya və genom tədqiqatları: özəllikləri, üstünlükləri, problemləri” mövzusunda iki mühazirə oxunub. Mühazirələri institutun Populyasiya genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev söyləyib. Həmin laboratoriyanın kiçik elmi işçisi Lalə Axundova DNT-nin qatılığının spektrofotometrik təyini, PZR-in aparılmasına hazırlıq, PZR-in həyata keçirilməsi, PZR məhsullarının elektroforezi və nəticələrin sənədləşdirilməsi kimi təcrübi kursu aparıb. Təcrübə-təlim kursunun sonunda tələbələr Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi”nin Biologiya şöbəsinin Molekulyar genetik laboratoriyasında şəxsiyyətin identifikasiyası və mübahisəli atalığın/analığın təyini üzrə təcrübədə iştirak ediblər.

 

Təcrübə kursunun gedişində tələbələr RealTime PCR, adi PCR, kapillyar elektroforez aparatlarında iş və alınan nəticələrin analizini həyata keçirən proqramlar ilə də tanış olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır