Tvininq layihəsinin aralıq hesabatının təqdimatı olub
15.09.2023 08:37

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi (Mərhələ 2)” tvininq layihəsinin aralıq hesabatı ilə bağlı konfrans keçirilib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 2022-ci ilin iyul ayından həyata keçirilən layihənin məqsədindən danışıb. Sədr bildirib ki, 2 ili əhatə edən layihə icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və əlçatanlığının artırılmasına xidmət edir. Diqqətə çatdırıb ki, layihə çərçivəsində Avropa İttifaqına üzv olan ölkələrin bu sahədə ən yaxşı təcrübələri öyrənilərək ölkəmizdə tətbiq olunacaq.

 

Layihənin tərəfdaşı kimi Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun baş icraçı direktoru, layihə rəhbəri Gintaras Kasaviçus və agentliyin Hüquq departamentinin rəhbəri Aysel İbayeva layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, layihə vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına və ölkədə səhiyyənin daha da təkmilləşdirilməsinə xidmət edir.

 

Tədbirdə, həmçinin agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin aidiyyəti departamentlərinin rəhbərləri, Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun əməkdaşları və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tvininq layihəsi benefisiar ölkəni təmsil edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Avropa İttifaqına üzv dövlət qismində Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondu tərəfindən həyata keçirilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır