Orxan İsayev ATU-nun Elmi-Tədqiqat Mərkəzinə direktor təyin olunub
14.09.2023 19:38

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi-Tədqiqat Mərkəzində yeni direktor təyinatı olub.

 

Aztibb.az-ın xəbərinə görə, sözügedən vəzifəyə unuversitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, Histologiya, sitologiya və embriologiya kafedrasının dosenti Orxan İsayev təyin olunub.

 

Qeyd edək ki, Orxan İsayev 2011-ci ildə ATU-nun I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Almaniya Federativ Respublikasının Heidelberg Universitetinin doktoranturasına daxil olub, Molekulyar Onkocərrahiyə elmi-tədqiqat qrupunda kök hüceyrələr sahəsi üzrə araşdırmalar aparıb və 2014-cü ildə dissertasiya işini uğurla müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13 yanvar 2016-ci il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

Orxan İsayev ölkəmizdə kök hüceyrələri sahəsində tanınmış mütəxəssisdir. O, 2015-2016-cı illərdə ATU-nun Elmi Tədqiqat Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib. 

 

24 noyabr 2016-ci ildə müsabiqə yolu ilə ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasına assistent vəzifəsinə seçilib və indiyədək həmin kafedranın dosentidir. 2017-ci ildə ATU-nun Xarici Tələbələrlə iş üzrə dekan müavini olub, daha sonra unuversitetin Beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilib. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır