Qaraciyəri toksinlərdən təmizləyən alaqanqal bitkisi
17.09.2023 11:31
Qaraciyərin səmərəli təmizlənməsi üçün sağlam yuxu vacibdir. Ən yaxşı detoktasiya biz yatanda baş verir. Yuxuda olan zaman bədən və toxumalar bərpa olunur.
 
Aztibb.az xəbər verir ki, Diaqnoz Tibb Mərkəzinin həkim-hepatoloqu Tofiq Əkbərov qaraciyəri toksinlərdən təmizləyən alaqanqal bitkisi haqqında məlumat verib. Onun sözlərinə görə, alaqanqal tərkibindəki seleniumun yüksək miqdarına görə nadir hesab olunan qaraciyər qoruyucusudur.
 
Tofiq Əkbərov bildirib ki, flavonoid, lif, vitamin A, D, E, K, F, B qrupu, Omeqa-6 və Omeqa-9 yağ turşuları ilə zəngin alaqanqal toxumu qaraciyər hüceyrələrini qoruyur, öd kisəsinin funksiyasını yaxşılaşdırır. Bundan başqa, alaqanqal iltihab əleyhinə təsir göstərir, maddələr mübadiləsini və həzm prosesini yaxşılaşdırır, hormonal balansı nizamlayır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları