Ölkəmiz Gürcüstanda keçirilən beynəlxalq konfransda təmsil olunub
14.09.2023 13:12

Səhiyyə Nazirliyinin, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəhbərliyi, Azərbaycan Tibb Universittetinin nümayəndələri və həkimlər Gürcüstanın Tbilisi şəhərində keçirilən "Böyrək və bərk orqan transplantasiyasının inkişaf strategiyası" adlı beynəlxalq konfransda iştirak ediblər.

 

Aztibb.az-a Səhiyyə Nazirliyindən bildirilib ki, tədbirdə "Azərbaycan Respublikasında orqan donorluğunun və transplantasiyasının idarə edilməsində mərkəzləşdirilmiş koordinasiya sisteminin əhəmiyyəti" mövzusunda təqdimat edilib.

 

Bundan başqa, Azərbaycan nümayəndə heyəti tədbirdə transplantasiyanın dünyadakı və ölkəmizdəki tarixi, qanunvericilik aktları, illər üzrə aparılan əməliyyatların statistikası, hazırda transplantasiyanın həyata keçirildiyi tibb müəssisələri, gözün buynuz qişasının və sümük iliyinin transplantasiyası sahəsində görülmüş işlər barədə çıxış edilərb. Həmçinin iştirakçılara Koordinasiya Mərkəzinin funksiyaları, məqsədləri, vəzifələri, donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının formalaşdırılması, Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyası barədə məlumatlar verilib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır