"Xəstəyə eyni seansda ERXP və xolesistektomiya əməliyyatlarını icra etdik" - Mircəlal Kazımi
14.09.2023 10:15

Öd daşı xəstəliyinə zamanında müdaxilə olunmadıqda ciddi fəsadlara yol aça bilər. Yəni, öd kisəsi vaxtında çıxarılmasa bu, öd yollarının tutulması, sarılıq, mədəaltı vəzin iltihabı (pankreatit) və hətta ölümlə də nəticələnə bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, cərrah transplantoloq, t.ü.f.d. Mircəlal Kazımi feysbuk səhifəsində paylaşım edib.

 

Mircəlal Kazımi qeyd edib ki, pasiyent uzun müddət öd daşı xəstəliyindən əziyyət çəkirdi, daşlardan bir neçəsi ana öd kanalına düşmüşdü. O, xəstəyə eyni seansda öd yollarından daşların təmizlənməsi (ERXP - endoskopik retroqrad xolangiopankreatoqrafiya ilə) və öd kisəsinin xaric edilməsi (xolesistektomiya) əməliyyatlarını icra etdiklərini bildirib.

 

Həkim bu işdə əməyi olan hər bir kəsə, xüsusilə Namiq Novruzov və Aynur Sofiyevaya təşəkkür edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır