İSİM nümayəndələri İsveçdə seminarda iştirak ediblər
14.09.2023 11:28
İsveçin Stokholm şəhərində “Yoluxucu xəstəliklərə qarşı cavab tədbirləri üçün sosial və davranış elmlərinin istifadəsi” mövzusunda ikigünlük seminar keçirilib.
 
Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin (ECDC) Sağlamlıq Təhlükəsizliyi üzrə Avropa İttifaqı Təşəbbüsü çərçivəsində təşkil edilən seminarda Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri də iştirak ediblər.
 
Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, seminarın əsas məqsədi sosial və davranış elmlərinin ictimai səhiyyə hazırlığı və cavab tədbirləri üçün vacibliyinin öyrənilməsi, fövqəladə hallara dair sosial və davranış tədqiqatlarının aparılması üçün bəzi əsas metodların, praktiki və nəzəri araşdırmaların diqqətə çatdırılması olub.
 
Tədbirdə “Sosial və davranış elmlərinin yoluxucu xəstəliklərin təhlükələrinin qarşısının alınmasında və nəzarətində rolu”, “Epidemiyaya nəzarətin dəstəklənməsi üçün keyfiyyət və kəmiyyət metodologiyaları”, “COVID-19 pandemiyası zamanı sosial və davranış elmlərinə perspektivlərin dəyişdirilməsi”, “Sosial dinləmə və dezinformasiyanın aradan qaldırılması”, “Sosial elmlərin tədqiqat nəticələrininin ictimaiyyətə çatdırılması” və s. mövzularda təqdimatlar dinlənilib, plenar müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır