“Şəkərli diabetlə yaranan risklər” adlı seminar keçirilib
14.09.2023 11:51
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) “Şəkərli diabetlə yaranan risklər” adlı seminar keçirilib.
 
İnstitutdan Aztibb.az-a bildirilib ki, “Sağlamlığın Qorunması” İctimai Birliyi tərəfindən keçirilən tədbir zamanı şəkərli diabet haqqında təqdimatlar nümayiş olunub.
 
ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova bildirib ki, şəkərli diabet və ürək-damar xəstəlikləri bütün dünya ölkələrində mühüm tibbi və sosial sağlamlıq problemlərindən biri olaraq qalır. O, institutda bu sahədə genişmiqyaslı maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırıb.
 
Seminarda “Sağlamlığın Qorunması” İB-nin sədri, t.ü.f.d. Yazgül Abdiyeva, Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, t.e.d. Müşfiq Həsənov, Bariatik və Metobolik Cərrahlar İB-nin sədri, t.ü.f.d. Taryel Ömərov, ETKİ-nin həkim-kardioloqu Fəridə Yaqubova və böyük elmi işçisi Mahir Bağırov qeyd olunan xəstəliklə mübarizə aparmağın yolları və onun zərərləri haqqında ətraflı məlumat veriblər.
 
Tədbir zamanı ETKİ tərəfindən hazırlanan “Enerji içkilərinin sağlamlığımıza mənfi təsiri” və ictimai birlik tərəfindən hazırlanan “Şəkərli diabetdən qorxma, ona yanlış yanaşmadan qorx” adlı videoçarxlar nümayiş olunub. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır