Yaşlı vətəndaşların fəal və sağlam həyat tərzinə dəstək olmaq məqsədilə tədbirlər həyata keçirilir
14.09.2023 09:37
BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi və təşkilatçılığı, "Yeni Klinika"nın və "Impact Agency"nin dəstəyi ilə cari ilin iyul ayından etibarən həyata keçirilən “Azərbaycanda yaşlılar üçün sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaşlı vətəndaşların fəal və sağlam həyat tərzinə dəstək olmaq məqsədilə müxtəlif fəaliyyət sahələri üzrə tədbirlər həyata keçirilir.
 
Aztibb.az "Yeni Klinika"nın rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, qeyd olunan layihə çərçivəsində yaşlı vətəndaşlar üçün onlayn kompüter kursları təşkil edilib.
 
Kurslar onlayn məlumat axtarışı, elektron poçtdan istifadə, sosial mediaya giriş, rəqəmsal təhlükəsizlik və s. kimi geniş mövzuları əhatə edir.
 
Sentyabr ayının sonuna qədər davam edəcək “Azərbaycanda yaşlılar üçün sosial müdafiə xidmətlərinin təkmilləşdirilməsi” layihəsi yaşlı insanların sağlam, fəal və inteqrasiya olunmuş həyat tərzinə dəstək vermək məqsədini daşıyır.
 
Layihə müddətində təşkil ediləcək müxtəlif fəaliyyətlər vasitəsilə yaşlı insanların sosial təminat və səhiyyə xidmətlərinə çıxışı, texnologiyadan istifadə və cəmiyyətdə iştirak kimi mövzularda ehtiyaclarını qarşılamaları üçün yardımçı mühitin yaradılması nəzərdə tutulub.
 
Qeyd olunan fəaliyyətlər “Azərbaycan üçün neftdənkənar, dayanıqlı, inteqrə olunmuş və gender baxımından inklüziv maliyyə” layihəsi çərçivəsində icra olunur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər