Mingəçevirdə həkiminin şəhid oğlunun xatirəsinə həsr olunan güləş üzrə respublika açıq birinciliyi keçirilib
14.09.2023 08:28
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimi Gülüş İbrahimovanın yeganə oğlu, Vətən müharibəsi şəhidi Atiq İbrahimovun xatirəsinə həsr olunan güləş üzrə respublika açıq birinciliyi keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, Yunan-Roma güləşi üzrə təşkil edilən turnirdə respublikanın 13 şəhər və rayonundan olan 200 güləşçi iştirak edib.
 
Turnirin sonunda məşqçi müəllim, Avropa çempionu Rüstəm Əliyevin iştirakı ilə şəhidimiz Atiq İbrahimovun anası Gülüş İbrahimovanın çalışdığı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində görüş keçirilib. Səhiyyə Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev ilk dəfə olaraq keçirilən ölkə əhəmiyyətli xatirə turnirinin təşkilatçılarına səhiyyə işçiləri adından təşəkkür edib.
 
Sonda şəhid döyüşçünün valideynlərinə xatirə diplomu və medal təqdim olunub.
 
Qeyd edək ki, xatirə turnirinin keçirilməsi üçün təşəbbüs göstərənlərdən biri də TTTYS-nin əməkdaşı Bəxtiyar Teymurov olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır