Türkiyədən dəvət olunmuş həkimlər Naxçıvanda xəstələri ödənişsiz müayinə ediblər  
13.09.2023 15:15
Türkiyədən dəvət olunmuş professorlardan ibarət həkim heyəti Naxçıvan Sağlamlıq Mərkəzində xəstələri ödənişsiz müayinə ediblər.
 
Bu barədə Aztibb.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bildirilib.
 
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov professordan ibarət həkimlər heyətilə görüşüb. Bildirib ki, hazırda muxtar respublikada səhiyyə sahəsində köklü islahatlar həyata keçirilir, dünya təcrübəsinə əsaslanmaqla struktur yenilikləri aparılır. Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, tibbi xidmətin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir.
 
Samiq Sadıxov vurğulayıb ki, bu cür peşəkar həkimlərin iştirak etdiyi aksiyaların keçirilməsi, həm əhalinin həkim müayinələrinə olan tələbatının ödənilməsi, həm də yerli həkim heyəti ilə təcrübə mübadilələrinin aparılması baxımından əhəmiyyətlidir.
 
Qonaqlar dəvət üçün minnətdarlıqlarını bildirərək, Naxçıvanda ilk dəfə olduqlarını, yaradılan şəraitdən məmnunluqlarını söyləyiblər. Tibbi xidmətlə yanaşı, tibbi təhsillə də məşğul olduqlarını söyləyən türkiyəli həkimlər öz təcrübə və bilikləri ilə Naxçıvanda tibb təhsili üçün də xidmət göstərməyin onlar üçün xoş olacağını bildirdilər.
 
Qeyd edək ki, aksiyadan 300-ə yaxın xəstə yararlanıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər