Gəncədə “Autizm və oxşar inkişaf geriliyi olan uşaqlarda erkən diaqnostika” adlı təlim keçirilib
14.09.2023 09:28

“Sağlam” İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun maliyyə dəstəyi və “AzərGold”-un təsisçiliyi ilə Gəncə şəhərində “Autizm və oxşar inkişaf geriliyi olan uşaqlarda erkən diaqnostika” adlı təlim keçirilib.

 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Aztibb.az-a bildirilib ki, təlimdə xəstəxananın tabeliyindəki Ailə Sağlamlıq Mərkəzlərində çalışan və ətraf rayonlardan dəvət edilmiş ixtisaslı həkim-nevroloq, ailə həkim-pediatr, psixiatr və psixoloqlar iştirak ediblər.

 

Tədbirdin açılışını Gəncə ŞBX-nin direktoru İlkin İsmayılov edib, daha sonra söz Türkiyədən dəvət almış prof. Nahit Motavelli Mukaddesə verilib.

 

Təlimin gedişatında Autizm Mərkəzinin rəhbəri Aytən Eynalova və Gəncə ŞBX-nin İlkin Səhiyyə Xidmətinin rəhbəri Xalidə Sadıqova da çıxış ediblər. Xalidə Sadıqova çıxışında ASM-də çalışan ailə həkim-pediatrların autizm xəstəliyinin erkən aşkarlanmasında böyük rolunun olduğunu deyib, yeni patronaj modelinin tətbiqinin autizmin erkən aşkarlanmasındakı əhəmiyyətindən bəhs edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır