Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu İtaliyada master-klassda iştirak edib
13.09.2023 11:03
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d. Mehriban Əmirova İtaliyanın Avellino şəhərində dünya şohrətli alim, prof. Mario Malzoninin rəhbərliyi altında keçirilən “Ginekologiyada lazer tətbiqi” mövzusunda beynəlxalq master-klassda iştirak edib.
 
Aztibb.az-a Hospitaldan verilən məlumata görə, İtaliyanın məşhur mərkəzlərindən biri sayılan Prof. Mario Malzoni Center klinikasının professoru Malzoni və aparıcı mütəxəssisləri tərəfindən iştirakçılar üçün master-klassda məruzələr oxunub, canlı əməliyyatlar nümayiş etdirilib.
 
Həmçinin cərrahi ginekologiyada müasir üsullardan biri olan lazerin qadın xəstəliklərinin (endometriozis, mioma, endometrial poliplərin) müalicəsində tətbiqi barədə təcrübələr bölüşülüb, bu sahənin yenilikləri haqqında geniş müzakirələr aparılıb.
 
Master-klassda Azərbaycanla yanaşı, Slovakiya, İsrail, Birləşmiş Ərəb Əmirliyi, Afrika və digər ölkələrdən nümayəndələr iştirak ediblər. 
 
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib