Qrip hava-damcı yolu ilə ötürülən yüksək kontagioz xəstəlikdir
13.09.2023 09:01
Havaların kəskin dəyişməsi ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarında artım müşahidə olunur. Kəskin respirator virus infeksiyasının yalnız virus etiologiyalı olması mübahisəli məsələdir, bakterial törədicilər ilə də yoluxma mümkündür.
 
Aztibb.az xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin həkim-terapevti Fəridə Rəşidzadə bildirib ki, qrip (influenza) əhali arasında adi xəstəlik kimi qəbul edilsə də, potensial olaraq kifayət qədər təhlükəli xəstəlikdir. Hər il qripə milyonlarla insan yoluxur. Hava-damcı yolu ilə ötürülən yüksək kontagioz xəstəlikdir.
 
Terapevt qeyd edib ki, qripin ağırlaşmaları çox təhlükəldir. Bunlara otit, haymorit (qulaq və burun sinuzları), meningit (beyin qişasının iltihabı), traxeit (traxeyaların iltihab), miokardit (ürək əzələsinin ilthabı), pnevmoniya, bronxut (ağciyər və bronxların iltihabı), qlomerulonefrit (böyrəklərin yumaqcıq aparatının iltihabi zədələnməsi) aiddir:
 
"Hər bir xəstəlikdən, eləcə də kəskin respirator virus infeksiyaları və qripdən qorunmağın ən yaxşı vasitəsi vaxtında aparılan profilaktik tədbirlər və peyvəndlərin vurulmasıdır. Bu səbəbdən çalışın xəstələməyəsiniz. Müasir tibb istənilən xəstəlik yaranmazdan əvvəl onunla mübarizə aparmağa imkan verir. Ona görə də xəstələnməzdən əvvəl sağlamlığınızın qeydinə qalın". 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib