ATU-da tələbələrin sənədlərinin qəbulu prosesi davam edir  
12.09.2023 10:49

Sentyabrın 5-dən etibarən Azərbaycan Tibb Universitetinə (ATU) bu il daxil olan tələbələrin sənədlərinin qəbuluna start verilib. 

Universitetin bütün fakültə dekanları, dekan müavinləri, akademik məsləhətçi, fakültənin tələbə dekanı, Tələbə Həmkarlar və Tələbə Gənclər təşkilatlarının sədrlərinin birgə iştirakı ilə sənədlərin qəbulu prosesi izlənilib. Prosesə universitetin Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov nəzarət edib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tələbə olmaq hüququ qazananlar ilk öncə Elm və Təhsil Nazirliyinin portalında qeydiyyatdan keçirlər. Daha sonra sənədlərini qeydiyyatdan keçirmək üçün universitetə təqdim edirlər.

 

Dosent K.Yaqubov sentyabrın 14-də hər fakültə üzrə dekan və dekan müavinlərinin iştirakı ilə mühazirə zallarında tələbə və valideynləri ilə görüş keçiriləcəyini bildirib. Qeyd edib ki, bu görüşdə universitetdə tədrisin təşkili, tədris bazaları, kitabxana, eyni zamanda tələbə üçün maraqlı olan bütün məqamlar diqqətə çatdırılacaq, onların suallarına aydınlıq gətiriləcək. Bu ildən başlayaraq tələbələrə buklet təqdim olunacaq. Bukletdə universitet, dekanlıq, dekanlığın heyəti, balların hesablanması və tələbə üçün vacib olan digər məqamlar öz əksini tapıb.

 

Onun sözlərinə görə, 2023-2024-cü tədris ilində tibb ixtisasında plan yeri 550-dən 600-ə, stomatologiyada 70-dən 100-ə, ictimai səhiyyədə 70-dən 80-ə, tibb bacısı işində 40-dan 60-a, əczaçılıqda 70-dən 80-ə artırılıb.  Sevindirici haldır ki, plan yerlərimiz dolub:

"98 saylı Kəlbəcər məktəbini bitirən Turani Məhərrəmli 684.2 bal toplayıb. Gələcəyin cərrahı olmaq istəyir. Zaqatala şəhər Ş.Qurbanov adına 3 saylı orta məktəbi bitirən Nəzrin Məmmədova 659.9 bal toplayıb. Tibb ixtisası üzrə təhsil alacaq. Kimya-biologiya təmayüllü respublika liseyini bitirən Xumar Feyziyeva isə 564 balla Stomatologiya fakültəsinə daxil olub. Arzusu gələcəyin stomatoloqu olmaqdı".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib