Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının pediatrı 7 saylı "Günəş" körpələr evi-uşaq bağçasında valideynlərlə görüş keçirib
12.09.2023 08:57
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Ulduz Əliyeva 7 saylı "Günəş" körpələr evi-uşaq bağçasında valideynlərlə görüş keçirib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, pediatr bildirib ki, məxmərək qızılcaya bənzər səpgilərlə yuxarı tənəffüs yolları tərəfindən zəif kataral təzahürlərlə və periferik limfatik düyünlərin böyüməsi (əsasən limfa düyünlərinin) ilə xarakterizə olunan kəskin infeksiyon xəstəlikdir. Onun əsas yoluxma mənbəyi qazanılmış və ya anadangəlmə məxmərək ilə xəstə insan və ya virus daşıyıcısıdır.
 
Həkimin sözlərinə görə, məxmərək virusunun ötürülmə mexanizmi hava-damcı yoludur. Məxmərək insanların uzun müddətli və sıx ünsiyyətli olduğu yerlərdə asanlıqla yayılır. O cümlədən uşaq bağçalarında, məktəblərdə infeksion xəstəliklərin yayılma ehtimalı çoxdur. Əsasən azyalı uşaqları qorumaq üçün valideynlər xəstəik barədə, onun gedişatı haqqında məlumatlı olmalıdırlar. Məxmərək xəstəliyinin gizli dövrü bir neçə saatdan 1-2 günə qədər davam edir və zəif intoksikasiya əlamətləri ilə (bədən temperaturunun subfebril olması, süstlük, yorğuluq, əzginlik və bəzən yuxuluq) təzahür edir. Bu zaman yüngül karatal əlamətlərə aiddir: zökəm, boğazın qıcıqlanması, quru öskürək, boyunun arxa və ənsə limfa düyünlərinin şişkinliyi. Səpgi dövrü 3-4 gün çəkir. Səpgilər əsasən kiçik ləkəli, açıq çəhrayı rəngli, çoxlu miqdarda və demək olar ki, eyni ölçülü olurlar. Bu ləkələr, eyni zamanda əmələ gəlir və bir sutka ərzində insanın üz, döş, qarın və aşağı ətraflarına yayılır. Adi gedişli məxmərək ev şəraitində müalicə olunur. Lakin KRVİ ilə, streptokokkla ağırlaşma olduqda həkim nəzarəti altında müalicə təyin olunur.
 
Görüş zamanı həkim-pediatr Ulduz Əliyeva təcrübələrinə əsaslanaraq peyvənddən yayınan uşaqların bu kimi yoluxucu xəstəlikləri ağır keçirdiklərini xüsusi qeyd edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır