"Mərkəzi Gömrük Hospitalında həkimlərin müayinələrindən, təyin etdikləri müalicələrdən çox razıyıq" - Pasiyent rəyi
11.09.2023 08:54

Mənim bir qardaşım var həyatda. 36 yaşı olsa da, sağlamlığı ilə bağlı bir çox problemləri var. Onu həkim müayinəsinə gətirmişdim, liftdə qəfil yıxıldı. Ağrı ilə onu əlil arabasında şöbəyə apardılar. Leyla xanım Fətullayeva sağ olsun, dərhal müdaxilə etdi və bizə ürək-dirək verərək, dedi ki, “narahat olmayın, yanınızdayam”.  Çox şükür, indi qardaşımın vəziyyəti yaxşıdır.

 

Aztibb.az xəbər verir ki, bu, pasiyent Şəlalə Qocayevanın Hospitala ünvanladığl təşəkkür məktubunda əks olunub.

 

Məktubda deyilir: "Ailə üzvlərimlə birlikdə uzun müddətdir ki, Mərkəzi Gömrük Hospitalının tibbi xidmətlərindən istifadə edirik. Həkimlərin müayinələrindən, təyin etdikləri müalicələrdən çox razıyıq. Burada işləyən həkimlərin uşaqlara diqqəti bir başqadır. Bunu ailə üzvlərimə münasibətdə hər zaman hiss edirəm.

 

Mən, ilk növbədə Hospitalın Sığorta şöbəsinin əməkdaşlarını qeyd etmək istərdim. Onların operativ və keyfiyyətli xidməti, işə can yandırmaları, hər bir xəstəyə öz doğması kimi yanaşmaları çox təqdirəlayiqdir. Şöbənin rəisi İlahə Məmmədova, əməkdaşlar: Günel xanıma, Nuray xanım, Süsən xanımın işindən çox razıyam.

 

Mənə və ailə üzvlərimə göstərdikləri keyfiyyətli tibbi xidmətə görə başda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət idarəsinin rəisi Ceyhun Məmmədov və Hospitalın Baş həkimi Bəxtiyar Musayev olmaqla, Hospitalın bütün kollektivinə, o cümlədən gülərüz, qayğıkeş, mehriban həkimləri - ürək-damar cərrahı Səbuhi Dadaşov və radioloq Günay Əhmədovaya bir daha dərin minnətdarlığımı bildirirəm".

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır