Şəkidə “Regionlarda oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi seminar keçirilib
10.09.2023 08:09

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Mərkəzin Şəki filialında “Regionlarda oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi seminar keçirilib.

 

Bu barədə Aztibb.az-a Milli Oftalmologiya Mərkəzindən xəbər verilib.

 

Bildirilib ki, Mərkəzin direktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə baş tutan seminar region həkimləri tərəfindən gənc oftalmoloqların inkişafına dəstək ola biləcək qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması məqsədini daşıyıb.

 

Çıxışlar zamanı oftalmoloqlar öz bilik və praktik bacarıqlarını bölüşüb, təkliflərini səsləndiriblər.

 

Seminarda Faiq Quliyevin “Akademik Z.Əliyeva adına MOM-um Şəki filialının regionda rolu, gecikdirilmiş kataraktalar və baş verə biləcək fəsadlar”, Sona İbrahimovanın “Qapalı bucaqlı qlaukoma haqqında nə bilməliyik? Əsas məqamlar”, Elsevər Həmidovun “Şəki filialında vitreoretinal xəstəliklərin müalicəsi”, t.ü.f.d. Ruhəngiz Balayevanın “Göz qapaqlarının bədxassəli törəmələri”, t.ü.f.d. Mirana Mirişovanın “Kataraktanın ekstraksiyası əməliyyatından sonrakı qalıq refraksiyanın Eksimer lazerlə korreksiyası”, Humay Bayramovanın “Göz travmalarına düzgün yanaşma taktikası”, Rövşən Rəcəblinin “Buynuz qişa xəstəlikləri və keratoplastika” və Lalə Məmmədovanın “Şəki şəhərində çəpgözlük diaqnozu ilə aparılan müayinə və müalicələrin nəticəsi” adlı məruzələri dinlənilib.

 

Tədbirdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini Ceyhun Nəzərli, Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri, t.ü.f.d. Yazgül Abdiyeva və region həkimləri iştirak ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır