Sağlam gələcəyimiz naminə gənclər arasında maarifləndirmə işləri davam etdirilir
10.09.2023 08:57

"İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən Qaradağ Gənclər Evində “Sağlam gənclik - sağlam gələcək!” devizi altında tədbir keçirib.

 

Aztibb.az-a "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.

 

Tədbiri giriş sözü ilə açan Qaradağ Gənclər Evinin nümayəndəsi Şahmar Hüseynov “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi fəaliyyətlərin önəmini qeyd edib.

 

Daha sonra çıxış edən İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə tərəfdaş qurum olan Gənclər və İdman Nazirliyinə, eləcə də Qaradağ Gənclər Evinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, sağlam gəncliyin formalaşması üçün onların zamanında məlumatlara əlçatanlığını təmin etmək vacib şərtdir. Onub sözlərinə görə, bu baxımdan gənclər evlərinin əsas benefisiarları olan gənclər üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsində böyük fayda var.

 

“Təhlükəli yoluxucu xəstəliklər sayılan viral hepatitlər, əsasən də Hepatit B, D, C xronikiləşməyə meyilli və uzun müddət simptomsuz və ya zəif simptomlarla keçən xəstəliklərdəndir. Bu da viral hepatitlərin yoluxma hallarını nəzarət altında saxlamağı çətinləşdirir. Zamanında müalicə olunmadıqda isə xroniki viral hepatitlər qaraciyər  sirrozu və xərçənginin yaranmasına səbəb ola bilir”, - deyə Ziba Nəbiyeva vurğulayıb.

 

Sədr qeyd edib ki, xroniki xəstəliklərin müalicəsinə və yaratdığı fəsadlara sərf olunan vəsait onun profilaktikasından qat-qat baha başa gəlir. Əksər hallarda xronikiləşən xəstəlikləri üzün müddət, hətta ömür boyu  nəzarət altında saxlamaq və müalicə etmək lazım olur. Bu baxımdan təhlükəli yoluxucu xəstəliklərlə mübarizənin effektiv yolu önləyici profilaktik tədbirlərin vaxtında və davamlı şəkildə aparılmasıdır.

 

O, bugünkü tədbirin əsas məqsədinin gəncləri sağlam gələcəkləri naminə viral hepatitlər, vərəm və QİÇS kimi xəstəliklərdən qorumaq üçün onları zəruri bilgilərlə məlumatlandırmaq olduğunu diqqətə çatdırıb.

 

Layihə rəhbəri Ziba Nəbiyeva, həmçinin gənclərə viral hepatitlərin növləri, onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, profilaktik qabaqlayıcı tədbirlər, eləcə də icbari tibbi sığorta xidmətlərindən istifadə qaydaları barədə məlumatlar verib.

 

Vərəm xəstəliyi barədə təqdimatı isə iştirakçılara həkim, ekspert Samirə Muxtarova çatdırıb. O, hava- damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə danışıb. Vərəmin sağalan xəstəlik olduğu iştirakçıların diqqətinə çatdırılıb.

 

S.Muxtarova qeyd edib ki, vərəm xəstəsinin müalicəsini yarımçıq dayandırması həm xəstənin özünə, həm də ətrafındakılara vurduğu ən böyük zərbədir. Bu, müalicəsi mümkün olmayan vərəm formalarının yaranmasına gətirib çıxarır.

 

İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

Tədbirin sonunda gənclərə viral hepatitlər barədə bukletlər, vərəm xəstəliyi və icbari tibbi sığortayla bağlı məlumatlandırıcı kitabçalar paylanılıb.

 

Həmçinin "Veysəloğlu Distribusiya” şirkətinin gigiyena və təmizlik üzrə “Dex” markasının dəstəyi ilə tədbir iştirakçılarına gigiyenik vasitələr – maye sabunlar verilib.

 

Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək məqsədilə Qaradağ Gənclər Evinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yollarını əks etdirən divar lövhəsi və “Əllərinizi yuyun” adlı A3 ölçüdə stikerlər təqdim olunub.

 

Layihə çərçivəsində növbəti tədbirin Xəzər Gənclər Evində keçirilməsi nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır