Azərbaycanda allerqologiya və klinik immunologiyanın qısa tarixi - İkinci yazı
13.09.2023 16:01

Hərçənd ki, bugün bəşəriyyəti allergiya dan xilas etmək mümkün olmasa da, bu xəstəliklər üzərində kifayət qədər etibarlı, həm dərman, həm də qeyri-dərman nəzarət üsulları mövcuddur. Allergik xəstəliyin ağırlaş ma sının qarşısını ala bilən, allergiya simptomlarından qoruya bilən allergen spesifi k immunoterapiya (ASİT) xüsusi əhəmiyyətə malikdir.

 

Aztibb.az Azərbaycanda allerqologiya və klinik immunologiyanın tarixi, məqsədləri, inkişaf perspektivləri və bu istiqamətlərdə alimlərimizin xidmətləri haqqında yazını təqdim edir.

 

Tədqiqatlar zamanı alimlərimiz tərəfindən aşağıdakı problemlər aşkarlanıb:


– uşaqlar arasında bronxial astma və allergik rinitin yayılmasının çoxalması;
– uşaqlarda bronxial astma və allergik rinitin hipodiaqnostikası;
– rəsmi tibbi stasistika ilə uşaqlarda respirator allergiyanın aşkarlanma tezliyi arasındakı ziddiyyət;


Bundan başqa, narahatçılıq yaradan təkcə uşaqlar arasında respirator allergiya ilə xəstələnmə hallarının artmasına meyillilik deyil, həm də onun adi ənənəvi müalicəyə rezistent olan ağır formalarının faizinin
artmasıdır. Müxtəlif allerqopatologiyalı və polivalent sensibilizasiyalı uşaqların sayının artması xəstəliyin cavanlaşmasını göstərir.


Allergik dəri xəstəlikləri müasir şəraitdə geniş şəkildə atopik dermatit kimi təqdim olunur, hansının ki, yayılması digər allergik xəstəliklərin artması ilə paralel gedir. Bu artımın həqiqi yayılma sahəsinin və səbəblərinin aşkarlanması patologiyanın tərəqqisinin başa düşülməsi, profilaktik qabaqlayıcı tədbirlərin işlənib hazırlanması üçün çox əhəmiyyətlidir.


Müasir allerqologiyanın əhəmiyyətli problemlərindən biri də dərman allergiyasıdır, hansı ki, təkcə ağır nəticələrin olması ilə təhlükəli olmayıb, həm də pasientlərin dərmanla müalicəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.


Azərbaycanda allerqoloji xəstəliklərin daha geniş və dərin analizi üçün gələcəkdə kütləvi epidemioloji tədqiqatların aparılması vacibdir.


Allergik xəstəliklərin yayılmasını, müalicədə olan çətinlikləri və bu xəstəliklərin mənfi ictimai və sosial nəticələrini nəzərə alaraq, bunun Azərbaycan səhiyyəsi üçün vacib bir problem olduğunu qəbul etmək lazımdır. Əhalinin xəstəlik və allergiyadan ölüm dərəcəsi haqqında, çox zaman onun xroniki gedişi, həkim allerqoloq tərəfindən konsultasiya olunması, allergiyanın medikamentoz və digər effektiv metodlarla
müalicəsi və profilaktikasının zəruriliyi haqqında çox cüzi təsəvvürləri vardır. Səhiyyə işçiləri allergik xəstəliklərin ümumi xəstələnmənin strukturunda böyük bir yer tutduğunu başa düşməlidirlər.


Onlar allergiya probleminin özünün və onun adekvat müalicəsinin zəruriliyinin bütün mühümlüyünü ictimaiyyətin nəzərinə çatdırmalıdırlar. Yekun olaraq, qeyd edək ki, ölkəmizdə allergik patologiyalar artır. Xəstəlik uşaq yaşlarından ahıl yaşlara qədər təsadüf edərək, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salaraq diaqnostika və müalicədə böyük səylər tələb edir. Yaxın gələcəkdə allerqoloji xidmətin qarşısında məhz bu problemləri həll etmək durur.

 

Əvvəli bu linkdə

https://aztibb.az/az/news/28261

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır