"Klinik protokolların tətbiqi” mövzusunda təlim keçirilib
10.09.2023 14:53

"Yeni Klinika"da “Klinik protokolların tətbiqi” mövzusunda təlim keçirilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayevanın və şöbənin əməkdaşı Səkinə Əzizlinin iştirakı ilə baş tutan təlimdə "Yeni Klinika"nın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, inzibati işlər üzrə direktor müavini İlqar Mustafayev və mərkəzin tibbi heyəti iştirak ediblər.

 

Eldar Əhmədov çıxış edərək klinik protokolların səhiyyə sistemində düzgün tətbiq edilməsinə nəzarətin təmin olunması ilə bağlı yeni mexanizmlərin işlənib hazırlanmasının vacibliyindən bəhs edib.

 

Daha sonra Kəmalə Ağayeva geniş təqdimatla çıxış edərək əsas məqsədin beynəlxalq tövsiyələrə əsaslanan, adaptasiya olunmuş klinik protokolların praktik səhiyyədə tətbiqi, tətbiqinin əhəmiyyəti (həkim, pasiyent, tibb müəssisəsi və səhiyyə sistemi üçün), klinik protokolların tətbiqi zamanı baryerlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi olduğunu vurğulayıb.

 

Kəmalə Ağayeva xüsusilə qeyd edib ki, səhiyyə sisteminin bütün sahələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və izlənilməsində rəhbərlər və mütəxəssislərlə birgə tədbirlərin təşkili zəruridir. Bu tədbirlərə dəstək göstərilməsi məqsədilə klinik protokolların tətbiqinin monitorinqi və qiymətləndirilməsi üçün vahid sistem yaradılmalıdır.

 

Diqqətə çatdırılıb ki, xəstəliklərin diaqnostikası, müalicəsi, profilaktikası və idarəolunmasını asanlaşdırmaqla yanaşı, ağırlaşma və ölüm risklərini minimuma endirmək, maliyyə xərclərini azaltmaq, eləcə də kliniki protokolların tətbiqi prosesinin təkmilləşdirilməsi və tətbiqinə nəzarətin həyata keçirilməsini sürətləndirmək məqsədilə praktik həkimlər tərəfindən təsdiq edilmiş tövsiyələrin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

 

O, həmçinin klinik protokolların tətbiqi və nəzarəti üçün işlək mexanizmin qurulması, tətbiqin monitorinqinin təmin olunması, effektivliyinin analizi və bu sahədə elektron sənədləşmənin yaradılmasının əsas hədəflərdən olduğunu qeyd edib.

 

Görüş interaktiv formatda davam edərək sual-cavab sessiyası ilə yekunlaşıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib