Laboratoriya sisteminin situasiya təhlilinin yenilənmiş nəticələri təqdim edilib
09.09.2023 14:18

6-8 sentyabr tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri ilə laboratoriya üzrə milli siyasət və strateji planın hazırlanması üzrə işçi qrupun 3-cü görüşü keçirilib.

 

Aztibb.az ÜST-nin Azərbaycan Nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanda laboratoriya fəaliyyəti ilə bağlı milli siyasət və strateji sənədlərin formalaşdırılmasında Milli Laboratoriya İşçi Qrupuna əlavə məsləhətlər vermək idi.

 

Görüş zamanı müxtəlif qurumlar, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin texniki ekspertləri tərəfindən laboratoriya sisteminin situasiya təhlilinin yenilənmiş nəticələri təqdim edilib.

 

Məqsəd sektorlar arası ekspert qrupunu mövcud kontekstdə, habelə boşluqların təhlili və milli strateji planın əsas istiqamətlərinin formalaşdırılması ilə bağlı hərtərəfli müzakirələrə cəlb etmək idi.

 

Bu müzakirələrin nəticələri ölkədə laboratoriya sisteminin gücləndirilməsinə və təkmilləşdirilməsinə yönəlmiş çoxsahəli milli laboratoriya siyasətinin və strateji planının hazırlanmasına dəstək olmaq məqsədi daşıyır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir