ÜST açıqladı: Ukraynada 1147 sağlamlıq mərkəzi hədəfə alınıb
09.09.2023 09:57

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Ukraynada sağlamlıq mərkəzlərinə 1147 hücumun edildiyini bildirib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, baş direktor 2022-ci ilin fevral ayında başlayan müharibədən sonra Ukraynada sağlamlıq mərkəzlərinə 1147 hücumu təsdiqlədiklərini qeyd edib. O, bu hücumların 104 nəfərin ölümü və 151 nəfərin yaralanması ilə nəticələndiyini diqqətə çatdırıb.

 

"Bu, ÜST-nin indiyədək hər hansı humanitar fövqəladə hallar zamanı qeydə aldığı hücumların ən yüksək sayıdır. Sağlamlığa və mülki şəxslərə hücumlar heç bir yerdə qəbuledilməzdir və dayandırılmalıdır", - deyə T.Qebreyesus bildirib. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub