Səhiyyə Nazirliyində ICIEC-in baş icraçı direktoru ilə görüş keçirilib
08.09.2023 11:44

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Ussama Kayssinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, görüşdə səhiyyə naziri Teymur Musayev ötən dövrdə İslam İnkişaf Bankı Qrupuna daxil olan ICIEC ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu”nun imzalandığını qeyd edən səhiyyə naziri bildirib ki, bu sənəd dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

 

Teymur Musayev ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanların yaradıldığını xüsusilə vurğulayıb. “Azərbaycanda səhiyyə sektoruna əlavə investisiyaların cəlb olunması və nəticə etibarı ilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyətinin artırılması məqsədilə dövlət-özəl tərəfdaşlığı sahəsində mühüm işlər görülür”, - deyə Azərbaycanın səhiyyə naziri qeyd edib.

 

Səmimi qəbula görə minnətdarlığını bildirən Ussama Kayssi ölkəmizin cari ilin yanvarından ICIEC-ə üzv olduğunu vurğulayıb. Onun sözlərinə görə, ICIEC dayanıqlı iqtisadi artıma və yüksək sosial rifaha nail olmaqla Azərbaycanın 2030-cu ilə qədər olan dövr üçün milli sosial-iqtisadi inkişaf prioritetlərini dəstəkləyir. O, həmçinin İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası Azərbaycan hökuməti ilə birgə digər sahələrlə yanaşı, səhiyyədə də iqtisadi və sosial infrastruktur layihələrin dəstəkləməsi və maliyyə çıxışının yaxşılaşdırması üçün özəl sektorla sıx əməkdaşlığa hazır olduqlarını qeyd edib.


Görüş zamanı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn strateji hədəflər, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub