"Antibiotiklərdən özbaşına istifadə ağırlaşmalara gətirib çıxara bilər" - Qoşqar İsmayılov
08.09.2023 09:25

ATU-nun II Uşaq xəstəlikləri kafedrasının assistenti, Tədris Terapevtik Klinikanın Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri Qoşqar İsmayılov uşaqlarda rast gəlinən xəstəliklərlə bağlı Aztibb.az-a məlumat verib.

 

O, son bir ayda uşaqlar arasında ishal, qarın ağrısı və qusma, bəzən hərarətin artması ilə müşahidə edilən xəstəliklərin yayıldığını bildirib. Qeyd edib ki, bunlar Adeno-Rota viruslarıdır. Avqustun sonlarından başlayaraq uşaqlar arasında limfa, xüsusən boyun limfa düyünlərinin böyüməsi ilə gedən viral infeksiyaları da artıb. Bu infeksiyalar əsasən sitomeqalovirus, hətta bakterial mənşəli limfa düyünlərinin böyüməsi, angina və ya kəskin tonzillit şəklində özünü göstərir. Belə uşaqların bir qismində hərarət 38-dən yuxarı olur.

 

Artıq həm ali, həm də orta məktəblərdə yeni dərs ilinin başlaması ilə əlaqədar insanların Bakıya axınının çoxalacağını deyən həkim əlavə edib ki, payızın gəlişi dövründə uşaq və yeniyetmələrdə ən çox yuxarı tənəffüs yollarının xəstəliklərinə rast gəlinir: “Əvvəldən allergiyası, bronxial astması olan uşaqlarda bu problem daha da kəskin şəkildə özünü büruzə verir. Belə uşaqların valideynləri sentyabrın əvvəlindən pediatrla əlaqə saxlamalıdırlar. Çünki gec müraciət etdikdə problemlərin qarşısını almaq bir qədər çətinləşir. Yuxarı tənəffüs yollarının xəstəlikləri rinit dediyimiz burunaxma ilə başlayır, sonra öskürəyə keçir, kəskin traxeit və bronxitə, daha aşağıya doğru ağciyərlərə yoluxarsa, pnevmoniyaya gətirib çıxarır. Belə hallarda da yüksək hərarət, öskürək, burunaxma, halsızlıq, təngnəfəslik və s. olur”.

 

Q.İsmayılov bütün bunlar olmasın deyə, uşaqların, ilk növbədə düzgün qidalanmasını, yuxu rejiminə əməl etməsini, eyni zamanda vitamin qəbulunu vacib hesab edib. Onun sözlərinə görə, hansısa vitamin, mineral əskikliyi varsa, həkim tərəfindən yoxlanılır, ya dərman, ya da təbii yollarla aradan qaldırılır. Belə ki, bütün meyvələr vitaminlərlə zəngindir. Vitaminli meyvələrlə düzgün qidalanan uşaqların xəstələnmə ehtimalı da aşağıdır. Amma iştahasız, “yemək kaprizi” olan uşaqlarda vitamin əskikliyi ilə bağlı immun sistemi zəifləyir və nəticədə həmin uşaqlarda yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri daha çox özünü göstərir.

 

Qarşıdan gələn aylarda ən çox qrip və paraqrip viruslarının törətdiyi xəstəliklərin artma riskindən danışan həkim-pediatr vurğulayıb ki, allergiyaya meylli uşaqlarda artıq burunaxma, tez-tez asqırma əlamətləri başlayıbsa, hətta yüngül hərarət varsa, mütləq həkimə müraciət edilməlidir.

 

O, bəzən ev şəraitində yanlış metodlardan, həmçinin  antibiotiklərdən özbaşına istifadənin ağırlaşmalara gətirib çıxardığını xatırladıb və valideynləri həkim nəzarətindən kənar “müalicə üsulları”ndan çəkinməyə çağırıb. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Anestezioloq-reanimatoloq Emil Muradov -
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub