Beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub
07.09.2023 16:55

Oktyabrın 7-10-da Azərbaycan Tibb Universitetində (ATU) tibb təhsili üzrə beynəlxalq konfrans (International Conference on Medical Education – ICME) keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən alim və ekspertləri paytaxtımıza toplayacaq bu tədbir ATU və Pakistanın Rifah Beynəlxalq Universitetinin (RIU) birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

“ICME-2023 Bakı” toplantısının təşkili ilə bağlı ATU-da növbəti görüş keçirilib. Universitetin rektoru, professor Gəray Gəraybəyli RIU-nun kansleri Həsən Məhəmməd Xanla görüşündə tədbirə hazırlıq işləri haqqında ətraflı məlumat verib.

 

Görülən işləri yüksək qiymətləndirən tərəflər tədbirin uğurla keçəcəyindən əminliklərini bildiriblər. Toplantı ilə bağlı təbliğat işlərinin aparılmasının əhəmiyyəti xüsusi vurğulanıb.

 

Qeyd edək ki, ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspertlər və pedaqoqları bir araya gətirməklə, bu sahədəki son yenilikləri və standartları müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə beynəlxalq platforma yaratmaqdan ibarətdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır