Teymur Musayev Pakistanın Rifah Beynəlxalq Universitetinin rektoru ilə görüşüb
07.09.2023 13:15

Azərbaycan Səhiyyə Nazirliyində Pakistanın Rifah Beynəlxalq Universitetinin rektoru Qulam Abbas Miananın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a veilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb.

 

Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində əməkdaşlıq məsələlərinə toxunan Teymur Musayev qeyd edib ki, bu istiqamətdə də qarşılıqlı fəaliyyət beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilir: “Təhsil sahəsində də ikitərəfli əlaqələr dinamik inkişaf edir və pakistanlı tələbələrin ali tibb təhsili alması üçün Azərbaycanda bütün lazımi şərait yaradılıb”.

 

Teymur Musayev, həmçinin Azərbaycan Tibb Universitetinin Pakistanın Rifah Beynəlxalq Universiteti ilə fəal əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, bu ilin oktyabrında Bakıda iki universitetin birgə təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri vahid platformada birləşdirən Tibb təhsili üzrə beynəlxalq konfrans da baş tutacaq.


Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.


Öz növbəsində Qulam Abbas Miana vurğulayıb ki, Azərbaycan Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkədir. Rektor bildirib ki, ölkələrimiz arasında səhiyyə sahəsində sıx əməkdaşlıq əlaqələri mövcuddur.

 

O, tibb təhsili üzrə ilk beynəlxalq konfransın (International Conference on Medical Education – ICME) 2009-cu ildə Pakistanın paytaxtı İslamabadda baş tutduğunu söyləyib. Diqqətə çatdırıb ki, ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspert və alimləri bir araya gətirməklə bu sahədəki son yeniliklərin müzakirəsi, təcrübə mübadiləsinin aparılması və bu sahədə beynəlxalq platforma yaratmaqdır.

 

Sonda səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin perspektivləri müzakirə edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır