Tibb üzrə fəlsəfə doktoru Gülay Məmmədzadə - Həkimlərimizi tanıyaq!
16.09.2023 16:37

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə pasiyentlərin hər birinə fərdi yanaşan, onları diqqətlə dinləməyi bacaran yüksəkixtisaslı həkim-psixiatr, tibb üzrə fəlsəfə doktoru Gülay Məmmədzadəni  təqdim edirik.

 

O, 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, 2006-2007-ci illərdə 1 saylı Kliniki Psixiatriya Xəstəxanasında həkim-psixiatr ixtisası üzrə internatura keçib. 2015-2016 Harvard School of Public Health Universitetində və Boston Children’s Hospitalında 2 illik psixi sağlamlıq və elmi işlərin aparılması üzrə ixtisasartırma kursunda olub, 2020-2022-ci illərdə Böyük Britaniyanın London şəhərində İmperial London kollecində ictimai səhiyyə üzrə magistraturanı bitirib. 2019-cu ildə dissertasiya işini uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

Gülay Məmmədzadə 2007-ci ildə Bərpa Tibb Mərkəzində əmək fəaliyyətinə başlayıb və 2009-cu ilə qədər orada həkim-psixiatr işləyib. 2009-2019-ci illərdə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında əvvəlcə baş laborant, sonra assistent kimi fəaliyyət göstərib. 2019-2021-ci illərdə  Azərbaycan Tibb Universiteti  Rezidentura və magistratura şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 2023-cü ildən Mərkəzi Gömrük Hospitalında  həkim-psixiatr kimi fəaliyyətini davam etdirir.

 

Həkim Gömrük Hospitalında müxtəlif mənşəli depressiyalar, təşviş-həyəcan pozuntuları, panik tutmalar, ağır stress nəticəsində psixi pozuntular, qida qəbulunun pozuntuları (anoreksiya, bulimiya), üzvi (orqanik) zədələnmələr nəticəsində psixi pozuntular, bipolar affektiv pozuntu, şizofreniya və digər psixotik pozuntuların müayinə və müalicəsini həyata keçirir. 

 

O, daim öz üzərində çalışan, dünya mətbuatını izləyən, inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin son nailiyyətləri ilə tanış olan və bu təcrübədən bəhrələnən yüksəkixtisaslı həkimdir. Gülay Məmmədzadə Psixiatriya Assosiasiyasının müxtəlif illərdə keçirilən 22, 24, 26, 28, 30 və 31-ci konqreslərində iştirak edib, 2011-ci ildə Bakıda Azərbaycan Müəllimlər İnstitutunda keçirilmiş “Təhsilin əsasları” fənni bazasında hazırlanmış müasir pedaqogika və psixologiya ilə bağlı kursda iştirak edib, 2016-cı ildə  Harvard Universiteti və Koç Universitetinin təşkilatçılığı ilə Tədqiqat aparma üsulları və səhiyyə elmlərində etik yanaşma üzrə yay kursu keçib, həmçinin 2020-ci ildə  Harvard Medical School-da  təşkil olunmuş kursun iştiakçısı olub. 

 

T.ü.f.d. Gülay Məmmədzadə Azərbaycan Psixiatriya Assosiasiyasının, Avropa Psixiatriya Assosiasiyasının və Beynəlxalq Psixo Onkologiya Cəmiyyətinin üzvüdür. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır