Azərbaycanda ilk dəfə 7 yaşlı uşağa laparoskopik Nissen antireflüks əməliyyatı icra edilib
07.09.2023 12:49
7 il ərzində körpə qusma, udma çətinliyi, ağır çəki itkisi, uzun müddətli müalicə və əməliyyatlardan əziyyət çəkirdi.
 
Uşağın bu vəziyyətinin səbəbi mədə məzmununun qida borusuna geri qaytarılması idi, yəni diafraqma yırtığı səbəbiylə qastroezofageal reflüksu xəstəliyi. Mədə şirəsi yemək borusunu daim yandırdığından bu, onun şiddətli daralmasına səbəb oldu. Təəssüf ki, yemək borusunun genişləndirilməsi əməliyyatı dəfələrlə aparılsa da, yalnız müvəqqəti müsbət effekt əldə olunurdu və yuxarıda qeyd olunan problemlər yenidən təkrarlanırdı.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uzman uşaq cərrahı Fuad Hüseynov məlumat verib.
 
Onun sözlərinə görə, bu vəziyyətdə cərrahiyyə yeganə seçim idi. Mövcud məlumata görə, Azərbaycanda ilk dəfə olaraq 7 yaşlı 16 kq çəkidə uşağa laparoskopik Nissen antireflüks əməliyyatı etdik.
 
Uzman həkim bildirib ki, əməliyyatdan sonra xəstənin ağrıları azalıb və o, tez bir zamanda sağlamlığına qovuşub. Əməliyyatdan artıq 1 aya yaxın vaxt keçir və hər şey qaydasındadır.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır