Seminar: “Xərçəng kök hüceyrəsi çalışmaları və müasir genetik testlər”    
07.09.2023 09:00

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Xərçəng kök hüceyrəsi çalışmaları və müasir genetik testlər” mövzusunda elmi seminar keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, seminarı giriş sözü ilə açan müəssisənin icraçı direktoru, b.e.d. Kərim Qasımov Türkiyənin Ege Universitetinin postdoktor tədqiqatçısı Ph.D. Günel Muxtarovanı və seminar iştirakçılarını salamlayaraq onkologiya sahəsində bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, beynəlxalq əməkdaşlıq çərçivəsində baş tutan elmi seminarların alim və gənc mütəxəssislərimiz üçün faydalı olduğunu vurğulayıb.

 

Sonra b.ü.f.d. Günel Muxtarova çıxış edərək xərçəng kök hüceyrəsi (XKH), şiş toxumasında aşkar edilmiş, normal kök hüceyrələrlə bir çox ortaq xüsusiyyətləri paylaşan kiçik hüceyrə yarım populyasiyası ilə xərçəng xəstələrində ənənəvi müalicəyə qarşı müqavimətin inkişafı, xəstəliyin təkrarlanması və metastaz arasındakı əlaqə, fərdiləşdirilmiş genetik testlər barədə maraqlı elmi məlumatlar verib. XKH-lərin müvəffəqiyyətlə hədəflənməsi və aradan qaldırılması xərçəng xəstəliyinin müalicəsinin əsas problemlərindən olduğunu və bu problemi aradan qaldırmaq üçün XKH-ləri düzgün müəyyənləşdirməyin və xarakterizə etməyin, mümkün XKH biomarkerlərini yaratmağın və yeni hədəf terapiya strategiyalarını hazırlamağın vacibliyini vurğulayıb.

 

Məruzə dinlənildikdən sonra Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, icraçı direktoru, biologiya elmləri doktoru Kərim Qasımov, Milli Onkologiya Mərkəzinin laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Leylaxanım Məlikova, f.r.ü.f.d., dosent İbrahim Abbasov (ADNSU), b.ü.f.d, dosent Gülnar Sultanova (ETN Botanika İnstitutu), Hafiz Osmanov (Azərbaycan Tibb Universiteti, Biokimya kafedrası), Hüseyn Abıyev (Azərbaycan Tibb Universiteti, Tibbi və bioloji fizika kafedrasının professoru), Aleksandra Quliyeva (AR Milli Onkologiya Mərkəzi, Molekulyar Onkologiya laboratoriyasında stajor) və digərləri çıxış edərək mövzu ilə bağlı sual və fikirlərini bildiriblər.

 

Sonda seminara yekun vuran professor Oktay Qasımov maraqlı və məzmunlu məruzəyə görə Ph.D. Günel Muxtarovaya iştirakçılar və institut rəhbərliyi adından təşəkkür edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib