ATU-da Karamanoğlu Mehmetbey Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib  
06.09.2023 16:50

Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Görüşdə ali məktəblər arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli son illər universitetin beynəlxalq əlaqələrinin genişləndiyini və bu baxımdan qardaş Türkiyənin ali məktəbləri ilə münasibətlərin üstünlük təşkil etdiyini bildirib. Hazırda ATU-nun bir çox Türkiyə universitetləri ilə qarşılıqlı əməkdaşlığa dair memorandumunun mövcud olduğunu vurğulayan rektor G.Gəraybəyli bu əlaqələrin səhiyyənin inkişafı və tədris prosesinin təkmilləşdiriməsini əhatə etdiyini qeyd edib.

 

Rektor G.Gəraybəyli ATU-da xarici ölkələrdən tələbələrin təhsil aldığını, onlar arasında Türkiyədən gənclərin olduğunu da diqqətə çatdırıb.

 

Karamanoglu Mehmetbey Unuversitetinin rektoru Mehmet Gavgalı rəhbərlik etdiyi universitetin 22 min tələbəsi olduğunu vurğulayaraq 16 illik fəaliyyət dövründə universitetin böyük uğurlar qazandığını bildirib. Hazırda 11 fakültəsi olan universitet bu il ilk dəfə olaraq tibb fakültəsindən məzunları yola salıb. O, tibb rəhsili sahəsində ATU ilə əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına inandığını deyib. Sonda iki universitet arasında əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent MüşfiqOrucov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova da iştirak ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”