TƏBİB-in nümayəndə heyəti İstanbulda keçirilən XVI Ümumdünya Reanimasiya Konqresində iştirak edib
06.09.2023 16:23
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndə heyəti “Türk Yoğun Bakım Uzmanları Derneği” tərəfindən (TÜYUD) İstanbulda keçirilən XVI Ümumdünya Reanimasiya Konqresinə (WICC 2023) qatılıb.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, konqres 85-dən çox beynəlxalq dərnək və reanimasiya birliyini bir araya toplayan Dünya Reanimasiya Federasiyasının rəsmi tədbiridir. Konqres “World Federation of Intensive and Critical Care” (WFICC) tərəfindən hər 2 ildə bir dəfə təşkil edilir. Bundan öncə konqres Avstraliyada baş tutub, İstanbuldan sonra isə Kanadada keçiriləcək.
Konqresin missiyası intensiv müalicə, reanimasiya sahəsində çalışan həkim mütəxəssislərin bilik, təcrübə və tədqiqat nəticələrini bölüşmək, təcrübə mübadiləsi, intensiv və kritik qayğı ilə bağlı təhsil və tədqiqat şəbəkələri yaratmaq, xəstələrə qulluq standartlarını, eləcə də keyfiyyətini yaxşılaşdırmaqdır.
“Türk Yoğun Bakım Uzmanları Derneği”nin dəvəti ilə TƏBİB-in Davamlı tibbi təhsil şöbəsinin böyük məsləhətçisi Nahidə Mahmudova və tabeli tibb müəssisələrinin müvafiq ixtisas həkimlərindən ibarət 10 nəfərlik heyət konqresdə iştirak edib.
Səfər çərçivəsində dərnəyin İdarə heyəti və konqresin təşkilat komitəsi ilə TƏBİB-in nümayəndə heyəti arasında keçirilən işgüzar görüşdə əməkdaşlığın genişləndirilməsi və prioritetlər nəzərə alınmaqla sonrakı fəaliyyət istiqamətləri barədə geniş müzakirələr aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

