Avropa Regionunda Rəqəmsal Dövrdə Səhiyyə Sistemlərinin Gələcəyinə dair ÜST-nin İkinci Simpoziumu keçirilir
05.09.2023 16:24
Ümümdünya Səhiyyə Təşkilatı və Portuqaliya hökumətinin birgə təşkilatşılığı ilə Porto şəhərində sentyabrın 5-6-da Avropa Regionunda Rəqəmsal Sağlamlıq Sistemlərinin Gələcəyinə dair ÜST-nin ikinci Simpoziumu keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Baş direktoru Cəbrayıl Əsəd-zadə tədbirdə iştirak edir.
 
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
 
Simpozium ÜST-nin Avropa Regional Komitəsinin 2022-ci ildə keçirilən 72-ci sessiyasında təsdiq edilmiş “ÜST Avropa Regionu 2023-2030-cu illər üçün Regional rəqəmsal sağlamlıq fəaliyyət planı”na dəstək olaraq fəaliyyətlərin formalaşdırılmasına kömək etmək məqsədilə hökumət nümayəndələrini, əsas düşüncə liderlərini, siyasət ekspertlərini, akademikləri, səhiyyə işçilərini, vətəndaş cəmiyyəti nümayəndələrini, peşəkar təşkilatları və digər tərəfdaşları bir araya gətirib.
 
Tədbirin keçirilməsində başlıça məqsədlərdən biri də sağlamlıqda süni intellektin (AI) son nailiyyətləri olan generativ süni intellektin nə dərəcədə şəxsi məxfiliyi pozmaq və əhalinin sağlamlığına təsir etmək potensialına malik olmasında Avropa Regionunun səhiyyə sistemlərinə təsir edən məsələləri araşdırmaqdır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır