TƏBİB-in tabeliyindəki müəssisələrin təcili tibbi yardım şöbələrinin 200-ə yaxın həkiminə təlimlər keçirilib
04.09.2023 16:19
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinin - "Yeni Klinikanın, Kliniki Tibbi Mərkəzin, Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində olan Sumqayıt Perinatal Mərkəzinin təlim mərkəzlərinə və Sumqayıt Təlim, Simulyasiya və Qiymətləndirmə Mərkəzinə səfərlər təşkil olunub.
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, səfərlər zamanı təlim mərkəzlərinin hazırkı vəziyyəti haqqında məlumat toplanıb, təlim iştirakçıları ilə söhbətlər aparılıb.
 
Eyni zamanda, bu istiqamətdə fəaliyyətin inkişaf etdirilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə görüşlər təşkil olunub və gələcək əməkdaşlıq, görüləcək tədbirlər planı müzakirə edilib.
 
Hazırda “Azərbaycanda Təcili Tibbi Yardım və İnfeksiyaların Qarşısının alınması və Nəzarət Sistemlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində Sumqayıt Simulyasiya Mərkəzində təcili tibbi yardım şöbələrinin həkimləri üçün “Təkmil həyat dəstəyi” mövzusunda təlimlər keçirilir.
 
Qısa müddət ərzində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və TƏBİB-ə tabeli olan tibb müəssisələrinin təcili yardım şöbələrinin 200-ə yaxın həkiminə təlimlər keçirilib və beynəlxalq sertifikatlar təqdim edilib.
 
Qeyd edək ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan bütün təcili tibbi yardım həkimlərinin sözügedən kurslardan keçməsi planlaşdırılır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib