Azərbaycan şəraitində badamın Nonparel sortunun reintroduksiyası öyrənilib - Dendrologiya İnstitutu
04.09.2023 12:05

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının müdiri Mehriban Qafarova və elmi işçi Nuray Qədirova Azərbaycan şəraitində badamın (Amygdalis communis L) Nonparel sortunun reintroduksiyası, ekoloji xüsusiyyətləri və iqtisadi səmərəsinə dair tədqiqat aparıblar.

 

İnstitutdn Aztibb.az-a bildirilib ki, aparılmış tədqiqatlar Abşeronun quru subtropik iqlim şəraitində badamın reintroduksiyasının yüksək perspektivliyini bir daha təsdiq edib. Tədqiqatlar nəticəsində, həmçinin Azərbaycan şəraitində badam bitkisinin məhsuldarlığının iqtisadi səmərəliliyi öyrənilib. Belə ki, 6×4 metr əkin sxemi ilə bir hektarda 600 badam ağacı olmaqla, bir ədəd badam ağacından 5-7 kiloqram məhsul toplamaq şərtilə bir hektarda əkilmiş tam məhsula düşən badam bağından 3 tondan 4,2 tona qədər məhsul əldə etmək olar. Bir hektardan alınan badam məhsulunun bir kiloqramı 5 manat olmaqla hektardan yığılan 3 ton məhsul 15 min manat, 4,2 ton məhsul isə 21 min manat gəlir gətirir.

 

Adi badam yabanı halda Cənubi Qafqazda, Orta Asiyada, Əfqanıstanda, İranda, Kiçik Asiyada yayılıb. Hazırda Naxçıvanda Şahbuz rayonunun Badamlı qəsəbəsinin ətrafında və dağlıq hissələrdə qalmış badam meşəlikləri burada çox qədimdən böyük badam meşəliklərinin olmasını sübut edir. Badam qiymətli subtropik qərzəkli meyvə bitkisidir. Badamın vətənini Kiçik Asiya, Türkiyə, İran hesab etmək olar.

 

Badam bitkisi isti və quraq iqlim bitkisi olduğundan isti iqlimli ölkələrdə daha geniş becərilir. Azərbaycanda sənaye həcmində badam ağacları əsasən Abşeron yarımadasında becərilir. Ədəbiyyat məlumatlarına görə, badam istiyə tələbkar bitkidir, lakin şaxtaya da davamlıdır. Belə ki, bu bitki 300-350 şaxtaya davam gətirə bilir.

 

Dendrologiya İnstitutunda yetişdirilmiş badam bitkisinin reintroduksiyasının bir sıra mərhələlərinin aydınlaşdırılması məqsədilə canlı bitkilər və ədəbiyyat mənbələri öyrənilib. Tədqiqat aparılmış ərazidə ən isti aylar iyul-avqust (orta aylıq temperatur 24-26 dərəcə), ən soyuq ay isə yanvardır (orta aylıq temperatur 20-30). İyul-avqust aylarının orta maksimal tepmeraturu 35-37 dərəcə olur. Bitkinin çiçəklənməsi zamanı (fevral-mart) müşahidə olunan aşağı temperatur çiçək tumurcuqlarına, meyvənin əmələ gəlməsinə mənfi təsir göstərmir.

 

Azərbaycan şəraitində Nonparel badam sortu toxum və göz calağı ilə artırılır. Bitkinin böyüməsi, çiçəkləməsi, meyvə əmələ gətirməsi üzərində aparılan fenoloji müşahidələr əkiləcək sortun bəzi xüsusiyyətlərini təyin etməyə imkan verib. Məlumdur ki, qabığının bərkliyinə görə kağızqabıqlı, yumşaqqabıqlı, standartqabıqlı, bərkqabıqlı badam sortları mövcuddur. Nonparel kağızqabıqlı sortdur. Bu sort ABŞ-ın Kaliforniya ştatından Krıma introduksiya olunub. Tədqiqat zamanı məlum olub ki, badam üçün ən yaxşı calaqaltı daş badamdır. Tinglik salmaq üçün ərazi payızda 30-40 sm dərinliyində şumlanır, üzvi və mineral gübrələr (fosfor, azot, kalium gübrələri) verilir. Toxumlar arasında 30-40 sm, cərgələr arasında 80-100 sm məsafə saxlanılır. Toxumlar 2 ay qabaq nəm qumda stratifikasiya olunaraq 6-8 sm dərinliyə əkilir. Vegetasiya müddətində əkin sahəsində bir sıra aqrotexniki qulluq qaydaları, yəni suvarma, torpağın yumşaldılması, alaq otlarının vurulması kimi tədbirlər görülür. Calaq vurmaq üçün iyulun axırı avqustun əvvəllərində calaq ediləcək toxmacarların gövdəsi 25-30 sm hündürlükdə yarpaq və budaqdan təmizlənir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır