Gəncədə dağıdılmış məktəb, bağça, ev və obyektlərin sayı  
19.10.2020 15:34

Erməni silahlı qüvvələrinin oktyabrın 17-də törətdikləri təxribat nəticəsində Gəncə şəhərinə dəymiş ziyan müəyyənləşdirilir.

 

Bu barədə Aztibb.az-a şəhər icra hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, ilkin hesablamalara görə, hadisə nəticəsində 20 ev ermənilərin atdıqları raket zərbəsindən tam dağılıb: "Bundan başqa, şəhərdə 4 uşaq bağçası, 1 orta məktəb və bir poliklinikaya ciddi ziyan dəyib. Hazırda hadisə nəticəsində zərər çəkən digər ev və obyektlərlə bağlı araşdırmalar aparılır".

 

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində zərər görən yaşayış evləri və digər mülki obyektlərin sayı daha çoxdur.

 

Xatırladaq ki, oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. 2 yaşayış məntəqəsinə raket düşməsi nəticəsində 13 nəfər dünyasını dəyişib, 52 nəfər isə xəsarət alıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır