Azərbaycanın ilk qadın pediatrı, akademik Ədilə Namazova - "Dahi təbiblər" rubrikası
04.09.2023 11:50
"Dahi təbiblər" rubrikasında Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli akademik Ədilə Əvəz qızı Namazova haqqında məlumatları oxuculara təqdim edirik.
Azərbaycanın ilk qadın pediatr alimi olan Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.
O, Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.
Ədilə Namazova 1965-ci ildən Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışıb. Həmin il tibb elmləri doktoru dərəcəsini, 1966-cı ildə isə professor elmi adını alıb.
Alim 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifi idi.
Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Ədilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. Ə.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Həmçinin Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvü olub. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinə sədrlik edib. 1983-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Ümumdünya Pediatrlar Assosiasiyasının rəyasət heyətlərinin üzvü, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidenti, Avropa Pediatrlar Assosiasiyasının üzvü olub. Eyni zamanda, SSRİ Ali Sovetinin deputatı seçilib.
Akademikin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən daima yüksək qiymətləndirilib. Ədilə Namazova Azərbaycan SSR Dövlət mükafatına (1982), Əməkdar elm xadimi (1982) fəxri adına, “Şöhrət” (1996) və “Şərəf” (2011) ordenlərinə, “Akademik M.Topçubaşov mükafatına və medalı”na (2005), Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna (2016), AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov mükafatı”na (2016), Rusiya Pediatrlar İttifaqının “Akademik G.Speranski medalı”na (2016) və digər mükafatlara layiq görülüb.
Görkəmli alim 16 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat edib.
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

