Balaca pasiyentlərinə qarşı həssas, mehriban və qayğıkeş olan həkim - Şəfa Şükürov
05.09.2023 16:46
"Həkimlərimzi tanıyaq!" rubrikamızda balaca pasiyentlərinə qarşı həssas, mehriban və qayğıkeş olan uşaq həkimi, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinin müdiri Şəfa Şükürovu Sizə təqdim edirik.
 
O, 1985-ci il Füzuli şəhərində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2009-2010 -cu illərdə Füzuli Uşaq xəstəxanasında internatura keçib.
 
Şəfa Şükürov 2012-2014-cü illərdə Füzuli rayon Əhmədbəyli kənd xəstəxanasında baş həkim, 2014-2016-cı illərdə Füzuli RMX-nin Terapiya şöbəsinin müdiri, 2016-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri vəzifələrində işləyib.
2022-ci ildən Uşaq şöbəsinin müdiri təyin olunub.
 
Həkim 2018-ci il Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası "Siyasi idarəetmə" fakültəsinə daxil olub. 2021-ci il həmin Akademiyanın "Menecment" ixtisası üzrə təhsil alıb.
 
Qeyd edək ki, Şəfa Şükürovun 44 günlük Vətən müharibəsində yaralıların qəbulu, tibbi xidmətin təşkili və arxa xəstəxanalara evakuasiya edilməsində də böyük xidmətləri olmuşdur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib