Paster İnstitutu: Koronavirusa qarşı peyvənd 2021-ci ildə hazır ola bilər  
21.07.2020 15:40

Fransanın Paster İnstitutunun tibbi tədqiqatlar üzrə direktoru peyvəndlə bağlı 2 layihənin irəliləməsinə dair məlumat verib.


Bildirib ki, aparılan tədqiqatlar 2 peyvəndin təhlükəsizliyini və immun reaksiyasını qiymətləndirmək üçün həyata keçirilmiş iki mərhələdən ibarət iki sınaqdır. Bu iki sınaq 2 peyvəndin ciddi yan təsirlərinin olmadığınə, immunitet reaksiyasının mövcudluğunu göstərdi.


"Ancaq bu hələ peyvəndlərin qoruyucu olmasının göstəricisi deyil. Sınaqların 3-cü mərhələsi peyvəndlərin qoruyucu olmasını təsdiqləməyə imkan verəcək", - deyə Fransız epidemioloq bildirib.

 

Onun sözlərinə görə, aparılmış 2 sınaq müsbət perspektivdən məlumat verir. Peyvənd sınağında iştirak edənlərdə anticisim yaranıb və sınaqda iştirak edənlərin çoxunda peyvənd virusu neytrallaşdırıb. Bu da ümidi artırır və 3-cü mərhələ virusun daha çox yayıldığı yerdə tezliklə başlayacaq.


Qeyd edilib ki, bir çox peyvəndlər hazırlanmaqdadır, sonda ən səmərəli və ucuz başa gələn peyvənd seçiləcək. 2021-ci ildə peyvəndin hazırlanması əsil nailiyyət olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır