YAP Yasamal rayon Respublika Klinik Xəstəxanası ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib
02.09.2023 16:00

YAP Yasamal rayon Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan  məlumat verilib.

 

Bildirilib ki. iclasda YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov və ərazi üzrə partiyanın üzvləri iştirak ediblər.

 
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb.


Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi altında qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpa olunması iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açıb.

 

Çıxışının sonunda B.Nəbiyev iclas iştirakçılarını Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında aktiv olmağa çağırıb.

 

Sonra çıxış edən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Sərdar Əsədov bildirib ki, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir: "Bu istiqamətdə qarşımızda mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyası da bu vəzifələri özünün siyasi strategiyasının əsas istiqamətləri hesab edir".

 
Tədbirdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası yerləşən ərazi partiya təşkilatında təşkilati məsələlərə baxılıb və yekdilliklə ərazi partiya təşkilatının sədri vəzifəsinə Xəstəxananın direktoru Elviz Qasımov və sədr müavini vəzifəsinə isə direktor köməkçisi Kamal Hacıyev seçiliblər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub