Tibb üzrə fəlsəfə doktoru Ülviyyə Əhmədova - Həkimlərimizi tanıyaq!
05.09.2023 09:43

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti qonağı Respublika Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Ülviyyə Əhmədovadır.

 

O, 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2000-2001-ci illərdə F.Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanasında Endokrinologiya ixtisası üzrə internatura keçib.

 

Ü.Əhmədova 2003-cü ildən Respublika Endokrinoloji Mərkəzdə həkim-endokrinoloq vəzifəsində çalışır. 

 

2018-ci ildə "Şəkərli diabet tip 2 olan xəstələrdə diabetik nefropatiyanin inkişafında erkən prediktorların rolunun qiymətləndirilməsi" mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

Həkim bu illər ərzində dəfələrlə Azərbaycanda və xarici ölkələrdə müxtəlif beynəlxalq və yerli konfrans, konqres və simpoziumlarda iştirak edərək müxtəlif sertifikatlarla təltif olunub.

 

O, Respublika Endokrinoloji Mərkəzdə pedaqoji fəaliyyətlə də məşğuldur, rezidentlərə dərs deyir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Anestezioloq-reanimatoloq Emil Muradov -
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub