Ağır xəstələrə xüsusi qayğı və diqqətlə yanaşan yüksəkixtisaslı anestezioloq-reanimatoloq - Xəyal Məmmədov
04.09.2023 16:48
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Reanimasiya və anesteziologiya şöbəsinin anestezioloq-reanimatoloqu, ağır xəstələrə xüsusi qayğı və diqqətlə yanaşan yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədovu təqdim edirik.
 
O, 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 1996-1997-ci illərdə ATU-da anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçib. 1997-2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi Klinik Hospitalında Təxirəsalınmaz Yardım və Anesteziologiya-Reanimasiya şöbəsinin həkim ordinatoru kimi işə başlayıb, daha sonra şöbə rəisi təyin edilib. 2013-2019-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrdə Baş anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2019-cu ildən Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir.
 
Həkim Mərkəzi Gömrük Hospitalında cərrahi əməliyyatlar önü pasiyentlərin ümumi vəziyyətinin qiymətləndirilməsi, anestezioloji taktikanın seçilməsi və aparılması, əməliyyat zamanı pasiyentlərin nəzarətdə saxlanılması, əməliyyatdan sonra intensiv müalicə və müayinə taktikasının seçilməsi və aparılması, əməliyyatdan sonra ağrısızlaşdırma və regional anesteziya prosedurlarını həyata keçirir. 
 
Xəyal Məmmədov özünə qarşı tələbkardır, daim öz üzərində çalışan, dünya mətbuatında qabaqcıl ölkələrin səhiyyə sisteminin və tibbin ən son nailiyyətlərini izləyən və bu təcrübədən bəhrələnən yüksəkixtisaslı mütəxəssisdir. O, 2015-ci ildə Almaniyanın Unna Nevroloji klinikasında nevrologiya üzrə intensiv terapiya kursunda, 2017-ci ildə Almaniyanın Berlin şəhərində Bundeswehrkrankenhaus Şarite klinikasının təhsil bazasında Anesteziologiya-reanimatologiya üzrə ixtisasartırma kursunda, 2019-cu ildə Bakıda ATU-nun və Türkiyənin Ankara Universitetinin təşəbbüsü ilə keçirilmiş “Pediatrik reanimasiya və təcili pediatrik yardım” üzrə təlim kursunda və 2019-cu ildə Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursunda iştirak edib.
 
2016-cı ildən Azərbaycan Reanimatologiya və Anesteziologiya Cəmiyyətinin üzvüdür.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır