Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpənin vəziyyəti müalicələrdən sonra yaxşılaşıb
30.08.2023 16:22
32-ci hestasiya həftəsində doğulan körpə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb.
 
İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, körpəyə ətraflı müayinə zamanı yenidoğulmuşun tənəffüs pozğunluğu sindromu, doğuş zamanı az bədən kütləsinin digər halları diaqnozları qoyulub.
 
Körpə uzun müddət süni ventilyasiya dəstəyində olub. Reanimatoloq Aynur İsmayılova tərəfindən aparılan planlı müayinə və müalicələrdən sonra körpənin vəziyyəti stabilləşib və o, Vaxtından qabaq doğulmuşların patologiyası şöbəsinə köçürülüb.
 
Şöbədə həkim-pediatr Pəri Məmmədovanın davam edən müalicəsi, tibb bacılarının qulluğu nəticəsində vəziyyəti yaxşılaşan körpə sağalma ilə evə yazılıb.
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib