Səhiyyə Nazirliyinin nümayəndəsi ÜST-nin ekspert heyəti ilə birgə Naxçıvanda səfərdədir
30.08.2023 12:04
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspert heyəti ilə birgə Naxçıvana səfəri davam edir.
 
Nazirlikdən Aztibb.az-a bildirilib ki, səfər çərçivəsində Naxçıvan Səhiyyə Nazirliyində görüş keçirilib. ÜST-nin ilkin səhiyyə, psixi sağlamlıq, köməkçi texnlogiyalar, təcili yardım, COVID-19, risk kommunikasiyası və icmalarla işlə bağlı son illərdəki fəaliyyəti haqqında təqdimatlar edilib və fikir mübadiləsi aparılıb.
 
Nümayəndə heyəti Naxçıvan Mərkəzi Xəstəxanası və Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yaradılan şəraitlə tanış olub. Həmçinin 103 xidməti, Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanseri, Naxçıvan Onkoloji Mərkəzi və Yoluxucu Xəstəliklər Mərkəzinin fəaliyyəti ilə tanışlıq baş tutub.
 
Tibb təhsilində baş verən son yenilikləri müşahidə etmək üçün ekspert heyəti Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Naxçıvan Tibb Kollecində də olublar.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub